AZ

Milli Məclisin adı dəyişə bilər? - "Rafael Hüseynov haqlıdır"

Parlamentin bu gün keçirilən plenar iclasında vitse-spiker Rafael Hüseynov təklif edib ki, Milli Məclisin adı dəyişdirilməldir:

"Bizdə də Türkiyədə olduğu kimi, Milli Məclis yox, Millət Məclisi olmalıdır", - deyə millət vəkili vurğulayıb.

Redaktor.az təkliflə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrilərini təqdim edir:

"Bu gün Milli Məclisdə vitse-spiker Rafael Hüseynov dilimizi və onun qrammatik qaydalarını dərindən bilən akademik kimliyindən məsələyə münasibət bildirdi və akademik kontekstdə Azərbaycan dilinin qrammatik tələbləri kontekstində səsləndirdiyi bu fikir tamamilə doğrudur. Ancaq adın dəyişdirilməsi məsələsinə gəldikdə isə, bu daha çox siyasi qərar ola bilər. Çünki nəticə etibarilə bizim düşündüyümüz məzmunu ifadə edən birləşmə Millət Məclisi ifadəsidir. Yəni millətin mənsublarının oturduğu, qərar verdiyi yer deməkdir Millət Məclisi. Ancaq biz Milli Məclisi də eyni semantik mənada başa düşsək də, qrammatik baxımdan milli kimliyi ifadə edən sözdür".

Millət vəkili vurğuladı ki, bu iki ifadə forması arasında fərq var və akademik Rafael Hüseynov haqlıdır:

"Ancaq bu o demək deyil ki, biz artıq öyrəşdiyimiz Milli Məclis adını dəyişib Millət Məclisi etməliyik. Çünki bu bizim verəcəyimiz bir qərar deyil, bu daha çox siyasi qərardır və hazırda Milli Məclis bizim semantik yaddaşımızda Millət Məclis mənasında oturmuş bir ifadədir. Bu da məsələnin hazırkı gerçəkliyidir. Sırf dilimizin tələbləri və qrammatikamız baxımından sözün semantik mənasının düzgün ifadə olunması baxımından Rafael Hüseynovun mövqeyi doğrudur".

Aytəkin TOFİQQIZI

Seçilən
16
1
redaktor.az

2Mənbələr