AZ

"Taliban"dan təhdid: "İntiharçılarımız var"

Pakistan və Əfqanıstan arasındakı gərginlik müharibəyə çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, Pakistan Əfqanıstanı ölkədə hücumlar təşkil edən cihadçı qruplara sığınacaq verməkdə ittiham edir. "Taliban" rəhbərliyi isə bu iddiaları rədd edərək Pakistanın "suverenlik hüquqlarını pozduğunu" irəli sürürdü.

Əfqanıstanın paytaxtı Kabildə bu gün yerli vaxtla saat 01:50 radələrində azı üç böyük partlayış səsi eşidilib. Əfqanıstan tərəfi hücuma zenit qurğuları ilə cavab verib.

Pakistanın müdafiə naziri Xavaca Asif sosial media üzərindən etdiyi açıqlamada səbirlərinin tükəndiyini bildirərək, "Artıq aramızda açıq bir müharibə var" ifadəsini işlədib.

Pakistan ordusu "Qəzəb Lil-Haq" (Haqlı Qəzəb) adlı əməliyyat çərçivəsində 130-dan çox "Taliban" üzvünün öldürüldüyünü, çox sayda hərbi mövqe və sursat anbarının məhv edildiyini bildirib. Pakistanın informasiya naziri Attaullah Tarar Kabildəki briqada qərargahlarının da hədəf alındığını bəyan edib.

Digər tərəfdən, Əfqanıstan Müdafiə Nazirliyi cümə axşamı gecəsi sərhəd xəttində həyata keçirdikləri hücumlarda 55 Pakistan əsgərinin öldürüldüyünü və bəzi əsgərlərin əsir götürüldüyünü iddia edib. Pakistan tərəfi isə əsir iddiasını təkzib edərək itkilərinin cəmi iki əsgər olduğunu müdafiə edib. BMT və İrandan toqquşmaların dayandırılması ilə bağlı çağırışlar gəlib.

Gərginlik davam edərkən "Taliban"dan Pakistana diqqətçəkən bir mesaj göndərilib.

Bir "Taliban" komandiri Əfqanıstan Dövlət Televiziyasında etdiyi çıxışda Pakistanı intiharçılarla hədələyib: “Əgər Pakistan öz nüvə silahları və raketləri ilə öyünürsə, bizim də intiharçılardan ibarət taborlarımız var”.

Seçilən
14
1
cebheinfo.az

2Mənbələr