AZ

Ətin qiyməti yenidən bahalaşacaq – SƏBƏB BUDUR

Ət bazarında qiymət artımı ilə bağlı müzakirələr yenidən aktuallaşıb. Son aylarda müşahidə olunan bahalaşma fonunda istehlakçılar arasında “ətin qiyməti 30 manata çata bilərmi?” sualı daha çox səslənir. Bəs bazardakı real vəziyyət nədir və yaxın aylarda qiymətlərin daha da artması gözlənilirmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı Asif İbrahimov bildirib ki, ət qiymətlərinə təsir edən bir neçə əsas amil mövcuddur.

Manatın

Onun sözlərinə görə, son dövrlər yem bazasının bahalaşması, idxal xərclərinin artması və mövsümi amillər qiymətlərə birbaşa təsir edir:

“Heyvandarlıq sektorunda maya dəyəri yüksəldikcə bu, avtomatik olaraq satış qiymətlərində də özünü göstərir. Xüsusilə, yem və logistika xərclərinin artması fermerlərin xərclərini artırır”.

İqtisadçı qeyd edib ki, hazırkı dinamika davam edərsə, bəzi satış nöqtələrində mal ətinin qiymətinin mərhələli şəkildə yüksəlməsi mümkündür.

“Bütün bazar üzrə qiymətin qısa müddətdə kütləvi şəkildə 30 manata çatması hələlik real görünmür. Bazardakı təklifdən və dövlətin aqrar sektora dəstək mexanizmlərindən asılıdır. Əgər istehsal artırılarsa və idxal balansı qorunarsa, qiymət artımı məhdudlaşa bilər”, – deyə o, əlavə edib.

Ekspert hesab edir ki, qarşıdakı aylarda bazarda əsas həlledici faktor yerli istehsalın həcmi və yem qiymətlərinin sabitləşməsi olacaq. Əks halda, qiymətlərdə artım tendensiyası davam edə bilər.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
11
1
konkret.az

2Mənbələr