AZ

Azərbaycanın turizm potensialı Mərkəzi Asiya və Rusiyada təqdim olunub

Azərbaycan Turizm Bürosu ölkənin turizm imkanlarını fevralın 20-27-də Özbəkistanın Daşkənd, Qazaxıstanın Almatı və Rusiyanın Moskva şəhərlərində keçirilən "Luxury Travel Mart" (LTM) silsilə tədbirlərində nümayiş etdirib.

"Report" Dövlət Turizm Agentliyinə istinadən xəbər verir ki, bu tədbirlər çərçivəsində iştirakçılar Azərbaycanın sahil turizmi, dağ-xizək kurortları, sağlamlıq və spa mərkəzləri, mədəni irs və qastronomiya marşrutları barədə məlumatlandırılıblar.

Tədbirlər zamanı keçirilən B2B görüşlərində Özbəkistan, Qazaxıstan və Rusiyadan olan 450 turizm şirkəti və turoperatoru, həmçinin 1 200 turizm peşəkarı ilə görüşlər keçirilərək potensial əməkdaşlıq imkanları müzakirə olunub.

2026-cı ilin yanvarında ötən ilin yanvar ayına nisbətdə Rusiya (42 342 nəfər) və Qazaxıstandan (5676 nəfər) Azərbaycana səfər edənlərin sayı 2 %, Özbəkistandan (5130 nəfər) isə 72 % artıb.

Seçilən
2
4
far.az

5Mənbələr