Soyuq hava birbaşa olaraq qrip, bronxit və pnevmoniya kimi tənəffüs yolu xəstəliklərinin səbəbi deyil. Son illərdə aparılan elmi tədqiqatlar göstərir ki, temperaturun aşağı olması xəstəliklərə yoluxmanın əsas səbəbi deyil.
Pravda.az xatırladır ki, araşdırmalara görə, soyuq hava burun və hava yollarındakı qoruyucu selik qatı qalınlaşmasına kömək edir, bu da mikrobların ağciyərlərə girməsini çətinləşdirir. Qar havadakı mikrobları aşağı salaraq təmizləyir və hava keyfiyyətini yaxşılaşdırır.
Həkim xəstəlikdən qorunmaq üçün bol su içməyi, gigiyena qaydalarına riayət etməyi, xəstə şəxslərlə təmasdan çəkinməyi, mövsümə uyğun geyinməyi və məkanları havalandırmağı tövsiyə edir.
Qeyd: Soyuq hava xəstəliklərin əsas səbəbi olmamaqla yanaşı, anidən dəyişən hava şəraiti və xəstəliyi olan şəxslərlə yaxın ünsiyyət virus mənşəli infeksiyaların yayılmasını asanlaşdıra bilər.
Əminə Bayramova