AZ

“Azərbaycanda dağıdıcı zəlzələ ehtimalı...” - Seysmoloqdan AÇIQLAMA

Azərbaycanda zəlzələ baş verib.

Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkan Şamaxı rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, ilk zəlzələ yerli vaxtla saat 15:52-də baş verib. Ocaq 12 kilometr dərinlikdə yerləşib və zəlzələnin maqnitudası 4,7 olub.

Bundan təxminən 13 dəqiqə sonra – saat 16:05-də eyni ərazidə 3,3 maqnitudalı daha bir yeraltı təkan qeydə alınıb.

Hazırda dağıntı və ya xəsarət barədə rəsmi məlumat verilməyib.

Azərbaycanda güclü zəlzələ gözlənilirmi?

“Cebhinfo.az”-a açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli bildirib ki, güclü zəlzələ gözlənilmir:

“Şamaxıda baş verən zəlzələ avtoşok hesab olunur və yaxın rayonlarda da hiss oluna bilər. Xırda təkanların yenidən gözlənilməsi mümkündür. Qorxulu bir şey yoxdur. Zəlzələ dərində baş verdiyinə görə onun fəsadları az olmalıdır, hətta olmamalıdır.

Normal tikililər üçün baş vermiş zəlzələ dağıntı əmələ gətirməməlidir. Hazırda xırda təkanlar yenidən gözlənilir, lakin dağıdıcı zəlzələnin baş vermə ehtimalı yoxdur”.

Seçilən
18
cebheinfo.az

1Mənbələr