AZ

Biləsuvar GES-in ilin sonunadək istismara verilməsi üzrə işlər sürətləndiriləcək

Azərbaycan "Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə ilin sonunadək 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasının (GES) istismara verilməsi məqsədilə layihə çərçivəsində işlərin sürətləndirilməsini razılaşdırılıb.

Day.Az xəbər verir ki, bu barədə energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib.

 

"Masdar" şirkətinin baş icraçı direktoru Məhəmməd Cəmil əl-Ramahi ilə görüşdə ölkəmizdə həyata keçirilən və planlaşdırılan günəş-külək enerjisi layihələrinin icra vəziyyəti və yeni əməkdaşlıq imkanları ətrafında müzakirələr apardıq. İlin sonunadək 445 MVt gücündə Biləsuvar Günəş Elektrik Stansiyasının istismara verilməsi məqsədilə layihə çərçivəsində işlərin sürətləndirilməsi razılaşdırıldı", - paylaşımda qeyd edilib.

Seçilən
3
1
day.az

2Mənbələr