AZ

İranda uranın zənginləşdirilməsinin dayandırılmayacağı bəyan edildi

İran uranın zənginləşdirilməsinin dayandırılmasını heç vaxt qəbul etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu İranın yüksək vəzifəli din xadimi Əhməd Xatəmi cümə günü bəyan edib. Bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

Xatəmi ABŞ prezidenti Donald Trampı “müasir firon” adlandırıb və onun öz baxışlarını zorla qəbul etdirməyə çalışdığını bildirib.

“Lakin İran xalqı güc qarşısında baş əyməyəcək. İslam Respublikası uranın zənginləşdirilməsinin dayandırılmasını heç vaxt qəbul etməyib və qəbul etməyəcək. Zənginləşdirmənin dayandırılması məsələsini qaldırmaq belə mümkün deyil”, – deyə o vurğulayıb.

Mümkün münaqişə halında isə “nəticənin haqq tərəfin xeyrinə olacağını” bildirən Xatəmi əlavə edib ki, iranlılar “alçaldılmış həyatdansa, ləyaqətli ölümü” üstün tutacaqlar.

Aliyə
NOCOMMENT.az

Seçilən
19
nocomment.az

1Mənbələr