AZ

Təhlükə haqda XƏBƏRDARLIQ: Üzərində bu yazı olan şor məhsulunu qətiyyən almayın, əks halda…

“Qaymaqlı şor” adı ilə satışa çıxarılan məhsulların tərkibi və onların sağlamlığa təsiri son vaxtlar istehlakçılar arasında müzakirə mövzusuna çevrilib. Bəzi alıcılar məhsulun həqiqətən təbii olub-olmaması və orqanizm üçün risk yaradıb-yaratmadığı ilə bağlı narahatlıq keçirir.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, şor ənənəvi üsulla süd məhsullarının emalı nəticəsində əldə olunur və adətən duzsuz formada hazırlanır.

Monopoliya

“Qatıq, qaymaq və ya südün qaymağı nehrədə çalxalandıqdan sonra yağ və ayran alınır. Ayran qızdırıldıqda çürüdülərək suyu ayrılır və xüsusi torbalara tökülür. Nəticədə qalan kütlə duzsuz şor hesab olunur və bu məhsul tez xarab ola bildiyi üçün saxlanma şəraiti xüsusi diqqət tələb edir. Daha sonra istəyə uyğun olaraq duz əlavə edilərək duzlu şor hazırlanır”.

Ekspert qeyd edib ki, bəzi hallarda duzsuz şora qaymaq və ya yağ qatılması mümkündür və bu, səhər yeməyi üçün istifadə edilən normal məhsul sayılır. Lakin burada əsas məsələ əlavə olunan qaymağın mənşəyidir.

“Mağazalarda satılan şor ənənəvi qaydada hazırlanıbsa və əlavə edilən qaymaq təmiz, heyvan mənşəlidirsə, məhsulun sağlamlığa zərəri yoxdur. Ancaq qaymaq adı altında bitki yağı istifadə edilərsə, xüsusilə bu maddələrə həssas olan insanlar üçün risk yarana bilər”.

Onun sözlərinə görə, məhsulun üzərində tərkib barədə düzgün məlumatın göstərilməsi vacibdir:

“Əgər qaymaq heyvan mənşəli kimi təqdim olunur, amma əslində bitki yağıdırsa, bu artıq istehlakçı hüquqlarının pozulmasıdır. Etiketdə məhsulun mənşəyi açıq şəkildə qeyd edilməlidir.

Standartlara uyğun istehsal edilən və düzgün saxlanılan “qaymaqlı şor” istehlakçılar üçün təhlükə yaratmır”.

Aynurə İsmayıl

KONKRET.az

Seçilən
14
konkret.az

1Mənbələr