Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli martın 12-si saat 10:00-da Şirvan Gənclər Evində Şirvan şəhəri və Hacıqabul, Salyan, Neftçala, Biləsuvar rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
"Unikal" xəbər verir ki, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq martın 11-dək qəbula yazıla bilərlər.
Agentliyin səlahiyyət dairəsinə aid məsələlərlə yanaşı, AQTA-nın region üzrə yerli bölmələrində işlə təmin olunmaq istəyən müvafiq ixtisaslara yiyələnmiş vətəndaşlar da müraciət edə bilərlər