AZ

Partiya sədrləri oruc tutur? - "Axirət üçün savab qazandırır”

Hazırda mübarək Ramazan ayındayıq və artıq bu ayın 10-cu gününü yaşayırıq. Ramazan ayı İslam dünyasında mənəvi saflaşma, səbir, mərhəmət və ibadət ayı kimi xüsusi əhəmiyyət daşıyır. Ramazanın əsas şərti isə oruc tutmaqdır.

Bütün islam dünyasında olduğu kimi, Azərbaycanda da oruc tutanlar çoxdur. 

Bəs partiya sədrləri arasında da oruc tutan varmı?

Mövzu ilə bağlı Redaktor.az bir neçə partiya sədri arasında sorğu keçirdi.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, oruc tutur.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu da həmçinin qeyd etdi ki, o da oruc tutanlar siyahısındadır.

Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev də oruc tutduğunu vurğuladı.

Tanınmış siyasətçi, AĞ partiyanın başqanı Tural Abbaslı bildirdi ki, o orta məktəbdən indiyə qədər davamlı şəkildə oruc tutur:

"14-15 yaşından başlayaraq tuturam və Allahın izni ilə, Allah ömür verdiyi müddətdə də hər il tutacağam. AĞ Partiyada idarə heyətinin demək olar ki, 80-90 faizi oruc tutur. Digər müsəlman vətəndaşlarımızı da oruc tutmağa dəvət edirəm, Allahın əmrini icra etməyə çağırıram. Bu, həm dünyada sağlamlıq, həm də axirət üçün savab qazandırır”.

Nuriyyə NATİQQIZI

Seçilən
22
1
redaktor.az

2Mənbələr