“Sanatoriyaların eləcə də müalicə mərkəzlərinin sertifikatlaşdırılması ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət olunub. Sertifikatlaşdırma işlərinin ilkin mərhələdə aparılması üçün konsepsiya sənədləri hazırlanıb”.
Bizim.Media xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin sədr müavini Azadə Hüseynova parlamentin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
“Qastroturizm ilə bağlı əsas hədəflərimiz var.
Çünki Azərbaycanın regionda xüsusi edən elementlərdən biri də ölkəmizin zəngin mətbəxidir. Bunun üçün bir neçə istiqamətlərdə işlər görürük. Xüsusilə də gastronomiyanın ölkəmizdə ali təhsil səviyyəsinə çatması üçün qastronomiya ixtisasının açılması ilə bağlı Elm və Təhsil Nazirliyi ilə iş görülür.
Bununla yanaşı, regionlarda icma əsaslı turizmin inkişafı çərçivəsində vətəndaşların öz evlərini qonaq evi kimi fəaliyyət göstərməsi, eləcə də ev şəraitində hazırladıqları milli yeməkləri turistlərə təqdim etməsi üçün müvafiq mexanizmlər üzərində iş gedir” – deyə Agentlik rəsmisi vurğulayıb.
Günay Şahmar, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta