Yazını böyüt
Yazını kiçilt
Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelinin fəaliyyəti qismən məhdudlaşdırılıb.
Bu barədə hafta.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Zaqatala şəhərində yerləşən "Zaqatala" hotelində keçirdiyi yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Həmin mehmanxananın fəaliyyətinin qismən məhdudlaşdırılması barədə qərar qəbul olunub.