AZ

"Popeyes" Azərbaycanda fəaliyyətə başladı (FOTO)

Azərbaycanda Amerika Birləşmiş Ştatlarının məşhur "Popeyes" restoranlar şəbəkəsinin ilk şöbəsinin açılışı olub.

Olaylar.az xəbər verir ki, ölkəmizdəki ilk "Popeyes" restoranı "Crescent Mall"da açılıb.

Mərasimdə ABŞ-nin ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Emi Karlon da iştirak edib.

Bildirilib ki, bu layihə Azərbaycan iqtisadiyyatına yönəlmiş birgə ABŞ-Azərbaycan investisiyası və tərəfdaşlığıdır. Hər restoranda təxminən 50 yerli əməkdaşı işlə təmin edəcək. Ölkə üzrə 20 restoranın açılması planlaşdırılır və layihənin ümumilikdə 1 000-dən çox yeni iş yeri yaradacağı gözlənilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
10
1
olaylar.az

2Mənbələr