AZ

Parisdə Xocalı soyqırımı ilə bağlı məlumatlandırıcı aksiya keçirilib

Bakı, 27 fevral, AZƏRTAC

Azərbaycan Diaspor Gəncləri (ADG) Təşkilatı və onun Fransa Koordinatorluğunun təşkilatçılığı ilə Parisdə Xocalı soyqırımı haqqında məlumatlandırıcı aksiya təşkil olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində şəhərin tarixi məkanlarından biri olan Notr-Dam Kilsəsi və onun ətrafında yerləşən Latın Məhəlləsində, həmçinin paytaxtın müxtəlif istiqamətlərini birləşdirən ictimai nəqliyyat vasitələrində Xocalı faciəsinə dair məlumatlandırıcı QR kodlar paylanıb.

QR kodlarda Xocalı faciəsi ilə bağlı tarixi faktlar, foto və videomateriallar yer alıb.

Seçilən
5
2
azertag.az

4Mənbələr