AZ

Amerikalı diplomat: Azərbaycanla münasibətləri daha yüksək səviyyəyə qaldırmaq üçün dayanmadan çalışırıq

Prezident Donald Tramp avqustun 8-də Vaşinqtonda tarixi Zirvə görüşünə ev sahibliyi etdikdən sonra komandam burada fasiləsiz şəkildə ABŞ–Azərbaycan münasibətlərini daha yüksək səviyyəyə qaldırmaq üçün dayanmadan çalışır.

APA xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon “Popeyes Azerbaijan”ın açılış mərasimində deyib.

Diplomat ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana mühüm səfər etdiyini xatırladıb.

“Azərbaycan və ABŞ regional konnektivlik, qarşılıqlı ticarət və investisiya, eləcə də müdafiə və təhlükəsizlik sahələrini əhatə edəcək Strateji Tərəfdaşlıq Xartiyasını imzaladılar. Vitse-prezident Azərbaycanda səfərdə olduğu vaxt ABŞ Ticarət Palatasından böyük bir nümayəndə heyəti də Bakıda idi. Onlar 10 şirkət gətirməyi planlaşdırırdılar, lakin nəticədə 30 şirkət və 60 nümayəndə ilə gəldilər”, - müvəqqəti işlər vəkili qeyd edib.

Seçilən
19
2
apa.az

3Mənbələr