AZ

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşıl enerji" dəhlizinə qoşulmaq niyyətindədir

Bakı. Trend:

Rumıniya Azərbaycan, Gürcüstan, Türkiyə və Bolqarıstanın “yaşılenerji" dəhlizinə qoşulmaq niyyətindədir.

Trend xəbər verirki, bu haqda Azərbaycanın Energetika nazirliyinin 2025-ci ildəgörülmüş işlərə dair hesabatında qeyd olunub.

Hesabatda bildirilir ki, 04.04.2025-ci il tarixində Bakıdakeçirilmiş layihə üzrə 2-ci nazirlər iclası zamanı "AzərbaycanRespublikasının Energetika Nazirliyi, Bolqarıstan RespublikasınınEnergetika Nazirliyi, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişafNazirliyi və Türkiyə Respublikasının Energetika və Təbii SərvətlərNazirliyi arasında "yaşıl elektrik enerjisi"nin ötürülməsi vəticarətinə dair Anlaşma Memorandumu” imzalanıb və layihə üzrəgörüləcək işlərə dair qrafik təsdiqlənib.

“Rumıniya tərəfi sözügedən layihəyə qoşulmaq istəyini bildirib.Bununla əlaqədar, 2025-ci ilin 4 aprel tarixində imzalanmış AnlaşmaMemorandumuna dəyişikliyə dair Türkiyə tərəfindən protokol layihəsihazırlanıb. Protokol layihəsi tərəflər arasında baxılmaqdadır.Türkiyə tərəfindən hazırlanmış layihənin texniki tapşırıqlarsənədinin (TOR) layihəsi tərəflər arasında razılaşdırılmaqdadır”,-deyə hesabatda vurğulanır.

Məqalədə:
Seçilən
14
2
az.trend.az

3Mənbələr