Ekvador təmsilçisi "İndependiente del Valle" və ABŞ-nin "İnter Mayami" klubları arasında baş tutan yoxlama görüşü zamanı Puerto-Rikodan olan bir fanat meydana qaçaraq argentinalı ulduz Lionel Messini yerə yıxıb.
Moderator.az "Marca" nəşrinə istinadən xəbər verir ki, insident matçın ikinci yarısının sonuna yaxın qeydə alınıb.
Meydana daxil olan azarkeş Messiyə arxadan yaxınlaşaraq onu qucaqlayıb və hər ikisi müvazinətini itirərək yerə yıxılıb. Daha sonra təhlükəsizlik xidmətinin əməkdaşları müdaxilə edərək fanatı argentinalı futbolçudan uzaqlaşdırıblar.
Qarşılaşma "İnter Mayami"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qələbə qolunu 70-ci dəqiqədə təyin olunmuş penaltini dəqiq yerinə yetirən Lionel Messi vurub.