AZ

Talibandan Türkiyəyə: Müharibə istəmirik, amma Pakistan...

Əfqanıstan zorakılığı dəstəkləmir və məsələləri dialoq yolu ilə həll etməyə üstünlük verir. Lakin bu, Pakistan tərəfindən səmimi öhdəlik və praqmatizm tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bunu Əfqanıstanın xarici işlər naziri Əmirxan Muttaki Türkiyənin xarici işlər naziri Hakan Fidan və Qətərin xarici işlər üzrə dövlət naziri Məhəmməd əl-Xuleyfi ilə telefon danışıqları zamanı deyib.

"Əfqanıstan İslam Əmirliyi əvvəldən zorakılığı dəstəkləməyib və məsələlərin qarşılıqlı anlaşma və hörmət yolu ilə həll edilməsini daim müdafiə edib. Lakin bu, yalnız qarşı tərəfin həll yoluna praktik və səmimi sadiqlik nümayiş etdirməsi halında təsirli olacaq", - Muttaki bildirib.

Fidan və əl-Xuleyfi ilə söhbətlərində o, Əfqanıstan ordusunun Pakistana qarşı hərəkətlərinin "ölkənin suverenliyini, hava məkanını və ərazi bütövlüyünü qorumaq üçün həyata keçirildiyini və bu məqsədlərə uğurla nail olunduğunu" vurğulayıb./Axar.az

Seçilən
6
1
bakivaxti.az

2Mənbələr