İran ətrafında davam edən gərginlik səbəbindən Qazaxıstan Xarici İşlər Nazirliyi vətəndaşlarına vəziyyət sabitləşənə qədər müvəqqəti olaraq İslam Respublikasına səfər etməkdən çəkinməyi tövsiyə edib.
"Unikal" xəbər verir ki, hazırda İranda olan Qazaxıstan vətəndaşlarına ölkəni tərk etmək, gücləndirilmiş təhlükəsizlik tədbirlərinə riayət etmək və yerli hakimiyyət orqanlarının tövsiyələrinə ciddi şəkildə əməl etmək tövsiyə olunur.
Qazaxıstan Xarici İşlər Nazirliyi, həmçinin, vətəndaşları mövcud vəziyyəti və onun potensial eskalasiyasını nəzərə alaraq Yaxın Şərq ölkələrinə səyahətlərini diqqətlə planlaşdırmağa çağırıb.
Qazaxıstanın İrandakı diplomatik nümayəndəlikləri adi rejimdə fəaliyyət göstərir.