AZ

"Barselona"da qalır

style='margin-bottom:10px;'>

"Barselona"nın futbolçusu Markus Reşfordun gələcəyi müəyyənləşib.

QOL.az xəbər verir ki, bu haqda Britaniya mətbuatı məlumat yayıb.

İngiltərəli oyunçu Kataloniya təmsilçisində qalacaq. “Barselona” 28 yaşlı hücumçunu ötən ilin yayında "Mançester Yunayted"dən satınalma hüququ ilə icarəyə götürmüşdü. Hazırda isə klublar arasında transfer qiyməti ilə bağlı fikir ayrılıqları qalsa da, razılaşmanın baş tutması demək olar qaçılmaz sayılır.

Bildirilir ki, bütün tərəflər Reşfordun "Barselona"ya birdəfəlik keçidini gözləyir. Oyunçu özü də “Barselona”da qalmaq üçün maaşının azaldılmasına hazırdır.

Bu mövsüm Markus 34 matçda 10 qol vurub, 13 məhsuldar ötürmə verib.

Seçilən
28
3
teleqraf.com

5Mənbələr