Bakı, 27 fevral, AZƏRTAC
Mingəçevirdə keçiriləcək akademik avarçəkmə, kayak və kanoe üzrə "Prezident Kuboku-2026" beynəlxalq turnirində çıxış edəcək ölkələrin sayı açıqlanıb.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından AZƏRTAC-ın sorğusuna cavab olaraq bildirilib ki, turnir üçün 20-yə yaxın ölkə iştirakını təsdiqləyib.
28 aprel - 1 may tarixlərində keçiriləcək reqatada mübarizə aparacaq iştirakçı ölkələrin sayının artacağı istisna edilmir.
Qeyd edək ki, “Prezident Kuboku” reqatası ardıcıl dördüncü ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.