AZ

Kəlbəcərdə yeni turizm zonası yaradılacaq

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad olunmuş Kəlbəcər rayonunda xüsusi turizm-rekreasiya zonasının yaradılması ilə bağlı bütün zəruri prosedurlar həyata keçirilib. İki zona – Tutqunçay və Zülfüqarlı əraziləri üzrə sənədlər aidiyyəti üzrə Administrasiyaya təqdim olunub. Bundan əlavə, Laçın və digər azad edilmiş ərazilərdə də turizm potensialının qiymətləndirilməsi istiqamətində işlər davam etdirilir.

Hafta.az-ın xəbərinə görə, bu barədə Agentliyin sədr müavini Azadə Hüseynova Azərbaycan Respublikasının Milli Məclisinin Əmək və sosial siyasət komitəsində “Azərbaycanda turizmin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda keçirilən ictimai dinləmədə məlumat verib.

İşğaldan azad olunmuş ərazilərdə turizm infrastrukturunun qurulması istiqamətində artıq konkret addımlar atılıb. Suqovuşanda istirahət kompleksi istifadəyə verilib. Eyni zamanda Prezidentin sərəncamı ilə Tuğ ərazisində dövlət qoruğu yaradılıb.

Dövlət Turizm Agentliyi tərəfindən həmin ərazilərdə turizmin inkişafı, o cümlədən üzümçülük və şərab turizmi istiqamətində layihələr həyata keçirilir. Bununla yanaşı, Tuğda qastronomiya turizminin inkişafı məqsədilə layihələr hazırlanır. Artıq burada kulinariya mərkəzinin yaradılması nəzərdə tutulur ki, bu da Qarabağın zəngin mətbəxinin beynəlxalq səviyyədə tanıdılmasına xidmət edəcək.

Seçilən
13
1
hafta.az

2Mənbələr