İmişlidə Yaşıllıq zolağında güclü yanğın baş verib.
Teleqraf-ın cənub bürosu xəbər verir ki, İmişlinin Əli Yetməzli kəndində Kürsahili boyunca uzanan yaşıl sahədə güclü yanğın qeydə alınıb. Yanğın Kürdəmir rayonuna doğru da yayılaraq təhlükəli vəziyyət yaradıb.
Yerli sakinlərin verdiyi məlumata görə, havanın küləkli olması səbəbindən yanğın sürətlə genişlənir. Əraziyə əlavə yanğınsöndürmə qüvvələrinin cəlb edildiyi bildirilib və yanğının Kürdəmir rayonunun Şüşün kəndinə doğru irəlilədiyi qeyd olunur.