AZ

Macarıstan və Serbiya yeni neft kəməri inşa edəcək

BAKI, 27 fevral. TELEQRAF

Macarıstan və Serbiya dizel və benzin istehsalında istifadə olunan aralıq neft məhsullarının daşınması üçün boru kəməri tikmək barədə razılığa gəliblər.

Teleqraf xəbər ki, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto özünün "Facebook" səhifəsində yayımlanan brifinqdə deyib.

Serbiyanın energetika naziri Dubravka Djedoviç-Handanoviç danışıqlarda iştirak edib. Siyarto layihənin planlaşdırılan xam neft boru kəmərindən ayrı olacağını açıqlayıb.

Qeyd edək ki, bu təşəbbüs ABŞ-nin Serbiyanın NIS şirkətinə qarşı sanksiyaları fonunda müzakirə olunur. Məhdudiyyətlər 2025-ci ilin oktyabr ayında qüvvəyə minib və Vaşinqton Rusiya səhmdarlarının tamamilə çıxmasını tələb edib. Hazırda "Qazprom Neft" şirkətinin 44,9%-nə, "Qazprom"un 11,3%-nə və Serbiya hökumətinin 29,9%-nə sahibdir. Yanvar ayında Macarıstanın MOL şirkəti "Qazprom Neft" ilə NIS-in 56,15%-ni əldə etmək üçün müqavilə imzalayıb. Əməliyyat üçün OFAC-ın təsdiqi tələb olunur. Əməliyyat lisenziyası 20 marta qədər, Rusiya səhmdarlarının çıxması ilə bağlı danışıqlar isə 24 marta qədər uzadılıb .

Seçilən
11
teleqraf.com

1Mənbələr