AZ

"Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar" - Azər Bağırov

"Kəpəz" Misli premyer-liqasının 22-ci tur matçında "Sumqayıt"a qalib gəldi - 3:0.

"Football-plus.az" xəbər verir ki, "sarı-göylər"in baş məşqçisi Azər Bağırov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.

- Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Uşaqları təbrik edirəm. Önümüzə baxacağıq.

- Futbolçuların bu qədər motivasiyalı olmasının səbəbi nə idi?
- "Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar.

- Kubokda hədəfiniz nə olacaq?
- Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik.

Seçilən
13
5
football-plus.az

10Mənbələr