AZ

“Pakistan regionda sülh və sabitlik istəyir” - XİN

Yazını böyüt
Yazını kiçilt

"Əfqanıstan torpağından Pakistana qarşı Fitna-əl-Xaverij və Fitna-əl-Hindustan tərəfindən təkrarlanan terror hücumlarına, eləcə də 26 fevral gecəsi Taliban rejiminin son əsassız və təxribatçı hərəkətlərinə cavab olaraq, Pakistanın cəsur müdafiə qüvvələri dəqiq əməliyyatlar həyata keçirərək terrorçu qruplara ağır itkilər verib və Əfqanıstandakı onların lojistik dəstək bazalarını hədəf alıb".

Hafta.az yazır ki, bu sözlər Pakistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Nazirliyin bəyanatında deyilir ki, Pakistanın hərəkətləri özünümüdafiə hüququndan istifadə etmək və vətəndaşlarının, eləcə də daha geniş regionun və ondan kənarın təhlükəsizliyini təmin etmək üçün həyata keçirilib.

"Taliban rejiminin hər hansı bir əlavə təxribatı və ya hər hansı bir terrorçu qrupun Pakistan xalqının təhlükəsizliyini və rifahını pozmaq cəhdləri ölçülü, qətiyyətli və layiqli cavabla qarşılanacaq. Pakistan regionda sülh və sabitlik istəyir, Əfqanıstan torpağından gələn terrorizm təhlükəsinin aradan qaldırılmasına yönəlmiş siyasi və diplomatik səylərdə səbirlə iştirak edir. Lakin təəssüf ki, Pakistanın çoxsaylı xoşməramlı jestləri və yüksək məsuliyyətli yanaşması səhv başa düşülüb, nəticədə Taliban rejiminin, eləcə də Hindistanın fəal dəstəyi ilə Əfqanıstan torpağından terror hücumları artıb", - bəyanatda deyilir.

Pakistan Əfqanıstandan gələn terrorizm təhlükəsinin kökünü kəsmək üçün qətiyyətini bir daha təkrarlayır və Əfqanıstan rejimini Fitnə-əl-Xəvaric və Fitnə-əl-Hindustanın Əfqanıstan torpağında fəaliyyət göstərməsinin cəzasızlığına son qoymağa çağırır.

"Ümid edirik ki, beynəlxalq ictimaiyyət də Taliban rejiminə bu terrorçu qruplaşmalara qarşı konkret və təsdiqlənə bilən tədbirlər görmək və onlara dəstəyi dayandırmaq öhdəliyindən imtina etməməli olduğu barədə aydın bir mesaj göndərməkdə öz rolunu oynayacaq. Pakistan BMT Nizamnaməsi də daxil olmaqla, beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə və vətəndaşlarını qorumaq üçün bütün müvafiq tədbirləri görmək hüququnu özündə saxlayır", - XİN-in bəyanatında deyilir.

Seçilən
27
hafta.az

1Mənbələr