AZ

Serdar Çam: Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir

Bakı, 27 fevral, Aysel Azadqızı, foto Səfiyar Məcnun, AZƏRTAC

Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq konfrans sadəcə növbəti elmi tədbir deyil, həm də tarixi yaddaşa və ortaq türk kimliyinə ehtiramın rəmzidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm nazirinin müavini Serdar Çam “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib. O, bir əsr əvvəl baş tutmuş Birinci Türkoloji Qurultaydan sonra yenidən eyni məkanda birgə toplantının təşkil olunmasının keçmişlə gələcək arasında mühüm körpü rolunu oynadığını bildirib: “Birinci Türkoloji Qurultay iştirakçılarının fəaliyyəti bir əsr sonra türk dövlətlərinin geniş məkanında öz əksini tapır. Bakı Türk dünyasının elmi mərkəzi kimi tarixi missiyasını yenidən yerinə yetirir”.

Seçilən
21
1
azertag.az

2Mənbələr