Böyük Britaniya hökuməti öz diplomatik missiyalarının əməkdaşlarını İrandan geri çağırıb.
Publika.az xəbər verir ki, bu barədə Britaniya Xarici İşlər Nazirliyinin saytında məlumat dərc olunub.
Bildirilib ki, Böyük Britaniya bu gün İrandakı diplomatik heyətini təhlükəsizlik səbəbi ilə təxliyə edib. Təxliyənin müvəqqəti xarakter daşıdığı qeyd edilib.