AZ

Azərbaycanda "Visa" ödəniş kartları ilə aparılan əməliyyatların həcmi açıqlandı

Bakı.Trend:

Cari ilin yanvar ayının sonuna olan məlumata görə, Azərbaycandarezident maliyyə institutları tərəfindən buraxılmış "Visa" ödənişkartları (o cümlədən statistik vahidin ödəniş kartları) üzrətranzaksiyaların sayı 134,7 milyon ədəd, əməliyyatların həcmi isə6,7 milyard manat təşkil edib.

Trend bu barədəAzərbaycanın Mərkəzi Bankına (AMB) isitnadən xəbər verir.

Ötən ilin eyni dövrü ilə müqayisədə tranzaksiyaların sayı 31,6milyon və ya 30,6 faiz, əməliyyatların həcmi isə 1,1 milyard manatvə ya 18,6 faiz artıb.

Eyni zamanda, qeyri-rezident maliyyə təşkilatları tərəfindənburaxılmış "Visa" kartları üzrə tranzaksiyaların sayı 831 min,əməliyyatların həcmi isə 74,4 milyon manat olub.

Qeyd edək ki, rezident kartlar üzrə əməliyyatlar dedikdəAzərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatlarıtərəfindən buraxılmış kartlardan istifadə etməklə həyata keçirilənbütün əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlar üzrəəməliyyatlar isə ölkə ərazisində xarici maliyyə institutlarıtərəfindən buraxılmış kartlarla aparılan tranzaksiyalardır.

Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr