AZ

Bakıda tikinti şirkətinin söküntü zamanı evə zərər vurduğu iddia edilirVİDEO

Bakıda "City Life" tikinti şirkətinin fərdi yaşayış evinə zərər vurduğu iddia edilir. Bildirilir ki, xəbərdarlıq edilmədən evlər olan ərazidə söküntü işləri aparılıb və nəticədə yaşayış sahəsi ciddi şəkildə zərər görüb - tavan çöküb, divarlarda iri çatlar əmələ gəlib. Hətta bəzi evlərin bir hissəsi tamamilə dağılıb.

Xezerxeber.az-ın məlumatına görə, söhbət Yasamal rayonu, Mirzə Fətəli Axundov küçəsi, ev 160 ünvanından gedir. Evlərin və torpağın mülkiyyətçisi Tamerlan İsayev iddia edir ki, onunla heç bir razılaşma olmadan əmlakı tikinti şirkəti tərəfindən bu hala salınıb.

Şikayətçinin sözlərinə görə, bu günə qədər tikinti şirkətinin şikayəti əsasında keçirilən 4 məhkəmənin qərarı onun lehinə olub.

O, hazırda mülkiyyətində olan ərazinin əvvəlki halına qaytarılmasını və tam yaşayışının təmin olunmasını tələb edir.

Vətəndaşın iddiaları ilə bağlı "City Life" tikinti şirkətinin rəhbərliyi ilə telefon əlaqəsi saxladıq. Şirkətdən bildirildi ki, vətəndaşın mənzili sökülməyib və evə heç bir ziyan vurulmayıb. O da qeyd edildi ki, hazırda bununla bağlı həm məhkəmə, həm də dövlət qurumlarının araşdırması davam edir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
4
xezerxeber.az

1Mənbələr