Bir qədər əvvəl başa çatan “Araz-Naxçıvan” - “Zirə” oyununda tribunalarda azarkeş sayı elitaya qətiyyən yaraşmadı.
“Football-plus.az” şəhadət verir ki, “Liv Bona Dea Arena”da keçirilən qarşılaşmanı cəmi 56 azarkeş izlədi, onların 20-ə yaxını “skay-boks”da əyləşənlər idi. İkinci hissədə isə azarkeşlərin sayı daha da azaldı…
Əlbəttə, biz bu gün Bakıda havanın soyuq olduğunu, “Araz-Naxçıvan”ın mühacir həyatı yaşadığını bilirik. Amma daha 56 azarkeş yox da! Premyer-liqanın adına, statusuna, bu oyunu təşkil edənlərin əməyinə həqarət deyilmi?
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta