Tehrandakı Britaniya səfirliyi müvəqqəti olaraq bağlanıb
Tehrandakı Britaniya səfirliyi müvəqqəti olaraq bağlanıb və bütün işçilər "regional risklər və təhlükəsizlik vəziyyəti" səbəbi ilə müvəqqəti olaraq ölkədən təxliyə edilib.
Böyük Britaniya Xarici İşlər Nazirliyi veb saytında səyahət tövsiyələrini yeniləyərək bütün İrana səyahət etməmək barədə xəbərdarlıq edib.
Tövsiyənamədə deyilir: "Regional risklər və təhlükəsizlik vəziyyəti ilə bağlı məlumatlara görə, Tehrandakı Böyük Britaniya səfirliyinin əməkdaşları müvəqqəti olaraq İrandan geri çağırılıb. Səfirlik xidmətləri uzaqdan təmin edilir."
Xəbərdarlıqda regional risklərin artdığı qeyd edilmiş və gərginliyin daha da artması halında səyahət məhdudiyyətlərinin tətbiq oluna biləcəyi bildirilmiş, Britaniya vətəndaşlarına lazımi tədbirləri görmələri xatırladılmışdır.
İrandakı Britaniya vətəndaşlarına Britaniya Xarici İşlər Nazirliyinin səyahət tövsiyələri ilə bağlı elektron poçtlarına abunə olmaq, yerli medianı izləmək, hərbi obyektlərdən uzaq durmaq, ölkəni tərk etmək planlarını nəzərdən keçirmək və sığınacaq axtarmaq üçün xəbərdarlıqlara qulaq asmaq tövsiyə edilmişdir.
Tehrandakı Britaniya səfirliyi də yanvar ayında İrandakı etirazlar səbəbindən müvəqqəti olaraq bağlanmış və işçilər təxliyə edilmişdi.
aia.az
Tərcümə şöbəsi