İsrail Müdafiə Ordusu (CAXAL) İrandakı vəziyyəti diqqətlə izlədiyini və mümkün təhdidlərə qarşı tam hazırlıq vəziyyətində olduğunu bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, CAXAL nümayəndəsi açıqlamasında bildirib ki, regionda baş verən hadisələr fonunda cəmiyyətdə hökm sürən qeyri-müəyyənlik və gərginlik hissi nəzərə alınır.
“Biz cəmiyyətdə regional hadisələr fonunda hökm sürən qeyri-müəyyənlik və gərginlik hissini anlayırıq. İsrail Müdafiə Ordusu İrandakı vəziyyəti diqqətlə izləyir və sizi qorumaq üçün hazırlıq vəziyyətindədir. Müdafiəni gücləndirmək üçün tərəfdaşlarımızla tam koordinasiyalı şəkildə fəaliyyət göstəririk”, – deyə açıqlamada qeyd olunub.
Bildirilib ki, ordunun qüvvələri vətəndaşların gündəlik həyatını təhlükəsiz şəkildə davam etdirə bilməsi üçün hazır vəziyyətdədir. “Bir daha vurğulayıram ki, mövcud təlimatlarda heç bir dəyişiklik yoxdur. Əgər dəyişiklik olarsa, bu barədə dərhal və müvafiq qaydada məlumat veriləcək”, – deyə CAXAL nümayəndəsi əlavə edib.