AZ

Rəhbərlik komandaya yaxşı motivasiya verir Azər Bağırov

Qol.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Rəhbərlik komandaya yaxşı motivasiya verir" - Azər Bağırov

"Kəpəz"in baş məşqçisi Azər Bağırov Misli Premyer Liqasının 22-ci turunda "Sumqayıt"ı 3:0 hesabı ilə məğlub etməkləri haqda danışıb.

QOL.az xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında qələbəni azarkeşlərə həsr etdiklərini deyib: 

"Azarkeşlərimizə təşəkkürümü bildirirəm. Bu qələbəni onlara həsr edirik. Məncə, maraqlı oyun alındı. Bu gün istədiklərimiz meydanda həyata keçdi. Futbolçularımızı təbrik edirəm. Önümüzə baxacağıq".

O, oyunçularının bu qədər motivasiyalı olmasının səbəbini də açıqlayıb: "Sabah"la matçın son dəqiqələrində 1 xalı əldən verdik. Bəlkə də həmin oyundan motivasiya qaynaqlanmışdı. Futbolçular məsuliyyətin ağırlığını hiss edərək meydana çıxmışdılar".

A.Bağırov Azərbaycan kubokundakı hədəflərindən də söz açıb: "Rəhbərlik komandaya yaxşı motivasiya verir. Bütün oyunlara maksimum nəticə üçün çıxırıq. "Turan Tovuz"la kubokun ilk matçında meydana daha çox yerli futbolçu buraxmışdıq. Hamıya elə gəldi ki, kubokda yarışmaq istəmirik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəli getmək istəyirik".

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
8
qol.az

10Mənbələr