AZ

Qalatasaray və Samsunspor un oyunları təxirə salındı SƏBƏB

ain.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Türkiyə Futbol Federasiyası (TFF) qitəmiqyaslı turnirlərdə ölkəni təmsil edən "Qalatasaray" və "Samsunspor" klublarının daxili çempionatdakı matçları ilə bağlı təxirəsalma qərarı qəbul edib.

Ölkə.az xəbər verir ki, Superliqanın 27-ci turu çərçivəsində 17, 18 və ya 19 mart tarixlərində baş tutması nəzərdə tutulan "Göztəpə" - "Qalatasaray" və "Çaykur Rizespor" - "Samsunspor" qarşılaşmaları daha sonrakı tarixdə oynanılacaq.

Məlumat üçün bildirək ki, "Qalatasaray" Çempionlar Liqasının 1/8 final mərhələsində "Liverpul"la ilk duelini martın 10-u və ya 11-də İstanbulda, cavab görüşünü isə ayın 17-si və ya 18-də səfərdə keçirəcək.

"Samsunspor" isə Konfrans Liqasının 1/8 final mərhələsində İspaniyanın "Rayo Valyekano" kollektivi ilə martın 12-də və 19-da üz-üzə gələcək.(oxu.az)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
7
olke.az

9Mənbələr