AZ

Almaniyada lazer funksiyalı dron əleyhinə sistem təqdim olundu

Bakı. Trend:

Almaniyanın “Skylance” şirkəti Nürnberqdə keçirilən müdafiəsərgisində pilotsuz uçuş aparatlarına qarşı nəzərdə tutulan“DroneHammer” adlı yeni müdafiə sistemini təqdim edib.

Bu barədə Trendxarici KİV-ə istinadən xəbər verir.

Şirkətin məlumatına görə, lazerlə idarə olunan müdafiə raketiaşağı istehsal dəyəri və ətrafa minimal zərər riskinin olması iləseçilir. Təxminən 2 500 avro dəyərində olan raketin uçuş məsafəsi 2kilometrə qədərdir və çəkisi bir kiloqramdan azdır.

Sistem hədəfləri klassik başlıqlar vasitəsilə deyil, proqramalqoritmləri və görüntü emalı texnologiyaları ilə aşkar edir. Rakethədəfə yaxın məsafədə partlayaraq yüksək konsentrasiyalı qəlpəbuludu vasitəsilə dronu sıradan çıxarır. Şirkət bu üsuluneffektivliyinin 99 faiz olduğunu bildirir.

"DroneHammer" layihəsi "Skylance", xüsusi texnika istehsalçısı"Mosolf" və zirehli nəqliyyat vasitələri üzrə ixtisaslaşmış "StoofInternational" şirkətlərinin əməkdaşlığı nəticəsində ərsəyəgəlib.

Yeni sistemin əsas məqsədi ucuz pilotsuz aparatların yaratdığıasimmetrik təhlükələrə qarşı effektiv və iqtisadi həll təqdimetməkdir. Kompleksin hüquq-mühafizə orqanları, sərhəd xidmətləri vəkritik infrastrukturun mühafizəsində istifadəsi nəzərdətutulur.

İlk seriya istehsalının 2026-cı ilin dördüncü rübündə başaçatdırılması planlaşdırılır.

Məqalədə:
Seçilən
18
1
az.trend.az

2Mənbələr