Axsham.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
"Əvvəllər deyirdilər ki, "efir toyxanaya dönüb". Etiraf edək ki, toy sənayesinin sürətlə inkişaf etdiyi bir vaxtda bəzi kanallarımız toyların yanından da keçə bilməz".
Axşam.az xəbər verir ki, bu sözləri İTV-nin aparıcısı Vüsalə Məmmədova sosial şəbəkə paylaşımında yazıb. O, son günlər verilişlərlə bağlı yaranan qalmaqallı müzakirələrə münasibət bildirib:
"Artıq toylarda estetik səviyyə efirdən daha çox qorunur. Bəzən özünü yüksək zövq və peşəkarlıqla tərtib edilmiş konsertdə hesab edirsən. Yəni, artıq efirdə bizə musiqi kimi sırınan “çığırtını”, müzakirə adı altında təqdim edilən “davanı” heç toyda da görə bilməzsən. Nə baş verir? Sanki ən zövqsüz, ən səviyyəsiz, ən mədəniyyətsiz kim olacaq uğrunda yarışdır. Təəssüf ki, “qazanan” da bir çox halda onlara baxıb düzlənən tamaşaçıdır".
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.