ain.az, Axsham.az portalına istinadən məlumat verir.
“Bir neçə saat bundan əvvəl gözəl xəbərlər yayıldı, qadağada olan insanların siyahısı açıqlandı. Bu siyahını tərtib edən insanlara təşəkkürümü bildirirəm”.
Axşam.az xəbər verir ki, bu sözləri klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial şəbəkədə paylaşıb. O bildirib ki, siyahıya əlavə olunmalı daha bir neçə müğənni var:
“Amma nəzərinizə çatdırım ki, yaddan çıxan müğənnilər var. Çox xahiş edirəm ki, daha diqqətlə nəzər salasınız. Siyahıya daxil edilməyən bayağı, Azərbaycan televiziyasını və zövqləri korlayan, danışığını bilməyə müğənnilər var. Bir Azərbaycan vətəndaşı və musiqiçi kimi onları da bu siyahıya əlavə etməyinizi xahiş edirəm. Ümidvaram ki, səsimizi eşidəcəksiniz və onları da siyahıya daxil edəcəksiniz. Öncədən dərin təşəkkürümü bildirirəm, minnətdaram”.
Qeyd edək ki, yerli kanallarında yayımlanan verilişlər mədəniyyət və incəsənət xadimləri tərəfindən ciddi tənqid edildikdən sonra bir sıra bayağı müğənnilərin efirə çıxışına qadağa qoyulub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.