AZ

Masazır sakinlərinə ŞAD XƏBƏR Martın 1 dən... FOTO

ain.az, Bizim media saytına istinadən bildirir.

569 nömrəli marşrut xəttində avtobuslar dəyişir.Bu barədə Bizim.Media-ya AYNA-dan məlumat verilib.

 

Bildirilib ki, Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən 569 nömrəli müntəzəm marşrut üzrə keçirilən müsabiqənin nəticəsinə əsasən, martın 1-dən yeni daşıyıcı xəttin istismarını həyata keçirəcək. 

Marşrut xəttində nisbətən yeni ortatutumlu “Karsan” markalı avtobuslar fəaliyyət göstərəcək. 13 avtobus 7-8 dəqiqə hərəkət intervalı ilə sərnişinlərin xidmətində olacaq. Avtobuslarda ödəniş nağdsız qaydadadır. Gedişhaqqı 0,50 AZN müəyyən edilib.

Günay Şahmar, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
10
10
bizim.media

10Mənbələr