AZ

Əfqanıstan Pakistan postlarına hücumlara başladı – SON DƏQİQƏ!

Əfqanıstan hökumət qüvvələri Xost vilayətinin sərhədyanı ərazilərində Pakistan ordusunun mövqelərinə qarşı yeni hücum dalğasına start verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Ariana News telekanalı mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, Əfqanıstan hərbçiləri Zazi-Meydan bölgəsində, eləcə də Xost vilayətinə daxil olan Əlişer və Trezay rayonlarında yerləşən Pakistan blokpostlarına cavab zərbələri endiriblər. Hücumların sərhəd xətti boyunca həyata keçirildiyi bildirilir.

Hadisə nəticəsində mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.

Sara

Seçilən
12
nocomment.az

1Mənbələr