AZ

Almaniya Kansleri ABŞ-yə səfər edəcək

Berlin, 27 fevral, AZƏRTAC

Almaniya Kansleri Fridrix Merts martın 3-də ABŞ-yə səfər edəcək.

AZƏRTAC xəbər verir ki, Kansler ofisinin məlumatına əsasən, həmin gün F.Merts Ağ Evdə ABŞ Prezidenti Donald Tramp ilə görüşəcək. Sonra hər iki lider birgə nahar edəcək.

Görüşdə ikitərəfli münasibətlər, iqtisadi və təhlükəsizlik məsələləri, Rusiyanın Ukraynaya qarşı müharibəsi, eləcə də Yaxın Şərqdəki vəziyyət müzakirə olunacaq.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Seçilən
12
4
azertag.az

5Mənbələr