
Britaniya hökuməti Tehrandakı səfirliyinin işçilərini geri çağırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, səfirlik uzaqdan fəaliyyət göstərməyə davam edəcək. Nazirlik həmçinin Britaniya vətəndaşlarına İrana səyahət etməkdən çəkinməyi tövsiyə edib.