Yekaterinburq sakini xəstəlik səbəbindən beyni üç yaşlı uşağın vəziyyətinə qayıdıb.
Qaziler.az xəbər verir ki, bu barədə “Ura.ru” yerli klinikanın direktoru İrina Volkova istinadən məlumat verib.
Qadın hamiləliyin 22-ci həftəsində iltihabi beyin xəstəliyinin ən ağır formalarından biri olan herpes ensefalitinə yoluxub. Həkimlər tez bir zamanda qeysəriyyə əməliyyatı keçiriblər, lakin körpəni xilas etmək mümkün olmayıb.
Baş verənlərdən sonra o, nitqi anlamaq qabiliyyətini itirib, yaddaşı silinib və beyni üç yaşlı uşağın zehni qabiliyyətinə malik olub. Vəziyyəti ona izah etməyə çalışsalar da o, insanların dediklərini yalnız bir neçə dəqiqə xatırlaya bilib.
Reabilitasiya zamanı xəstəyə çoxsaylı mütəxəssislərin köməyi lazım olub. Onların köməyi ilə o, tədricən normal inkişaf səviyyəsinə qayıtmağa başlayıb.
QAZİLER.AZ