AZ

“Real Madrid” Raul Asensio ilə bağlı açıqlama yayıb

"Real Madrid"in mətbuat xidməti rəsmi saytında UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Benfika”ya qarşı (2:1) oyunda zədə alan müdafiəçi Raul Asensionun səhhəti ilə bağlı açıqlama yayıb.

İdman.Biz bildirir ki, oyunun 77-ci dəqiqəsində Asensio komanda yoldaşı Eduardo Kamavinqa ilə toqquşub.

“Tibbi müayinədən sonra oyunçumuz Raul Asensio boyun nahiyəsində gərilmə diaqnozu qoyulub. Onun sağalma prosesi izləniləcək”, - deyə “Real Madrid”in açıqlamasında bildirilir.

Hadisə rəqib hissədə hava zərbəsi zamanı baş verib. İspaniyalı oyunçu təkbaşına ayağa qalxa bilməyib və meydanı xərəkdə tərk edib.

İdman.Biz
Seçilən
1
3
idman.biz

4Mənbələr