AZ

Tanınmış aşpazlar öz təcrübələrini şagirdlərlə bölüşüblər

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 27 fevral, AZƏRTAC

Paytaxtdakı 179 nömrəli tam orta ümumtəhsil məktəbinin peşə təmayüllü sinfinin aşpaz köməkçisi qrupunun şagirdləri üçün ustad dərsi təşkil olunub.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildirilib ki, ustad dərsində paytaxtın tanınmış restoranlarında çalışan peşəkar aşpazlar şagirdlərlə öz təcrübələrini bölüşüblər.

Dərs proqramına uyğun olaraq ənənəvi italyan mətbəxinə aid “Spagetti” və salatların hazırlanması praktik şəkildə nümayiş etdirilib. Şagirdlər yeməklərin hazırlanma prosesində yaxından iştirak etməklə bərabər, peşəkar aşpazların mətbəx sirləri ilə də tanış olublar.

Aşpazlar, həmçinin öz uğur hekayələrini şagirdlərlə bölüşərək onlarla gələcək karyeralarına dair motivasiyaedici söhbətlər aparıblar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
azertag.az

1Mənbələr