AZ

2028 ci ilədək ali təhsil müəssisələrində aparılan 5 elmi tədqiqat kommersiyalaşdırılacaq

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 27 fevral, AZƏRTAC

Ali təhsil müəssisələrində aparılan elmi-tədqiqat işlərinin kommersiyalaşdırılması, innovasiya əsaslı biznes mühitinin inkişaf etdirilməsi və elmi nəticələrin əldə olunması istiqamətində tədbirlər həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı”nda bununla bağlı icraçı qurum olaraq Elm və Təhsil Nazirliyi müəyyən edilib. Digər icraçılar Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadiyyat Nazirliyidir. Fəaliyyət Planının həyata keçirilməsi üzrə tədbirlər planına əsasən, icra müddəti 2028-ci ilin iyununadək nəzərdə tutulub. Nəticədə ali təhsil müəssisələrinin innovasiya və elmi-tədqiqat sahəsində imkanları araşdırılacaq, texnologiya transfer mexanizmləri tətbiq olunan ali təhsil müəssisələrinin sayı 10-a çatdırılacaq və ali təhsil müəssisələrində aparılan 5 elmi-tədqiqat kommersiyalaşdırılacaq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
1
azertag.az

2Mənbələr