Azpolitika.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin “Artan” xüsusi təyinatlı bölməsi Zaporojye vilayətinin Stepnoqorsk qəsəbəsi yaxınlığında bir sıra uğurlu hücum əməliyyatları aparıb.
Qeyd olunub ki, əməliyyat mürəkkəb logistika şəraitində və qarşı tərəfin mövqeləri “kütləvi hücumlar” hesabına saxlamaq cəhdləri fonunda keçirilib. Buna baxmayaraq, “Artan” bölməsi Ukrayna Müdafiə Nazirliyinin Aktiv Əməliyyatlar Departamentinin digər bölmələri və Ukrayna Silahlı Qüvvələri ilə birgə fəaliyyət göstərərək mühüm mövqelərə nəzarəti bərpa edib və cəbhənin bu hissəsində taktiki vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşdırıb.
Əməliyyat çərçivəsində Ukrayna hərbçiləri Rusiya ordusunun ön hücum qruplarını məhv edib, canlı qüvvə və texnikanın cəmləşdiyi obyektlərə zərbələr endirib, onlarla hərbçini zərərsizləşdiriblər.
Bildirilib ki, xüsusi əməliyyatın vacib elementlərindən biri də qarşı tərəfin mühüm logistika xətlərinin atəş nəzarətinə götürülərək kəsilməsi olub. Kəşfiyyat məlumatlarına əsasən, logistika və rabitə qovşaqlarına endirilən zərbələr bu istiqamətdə hücum əməliyyatlarının aparılmasını faktiki olaraq mümkünsüz edib.
"AzPoltika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.