ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Talibanın tətbiq etdiyi qaydalar Əfqanıstanda qadınların və uşaqların həyatını təhlükə altına qoyur.
Modern.az xəbər verir ki, bu barədə Əfqanıstan üzrə BMT-nin Xüsusi Məruzəçisi Riçard Bennet məlumat verib.
Onun sözlərinə görə, qadınlar xəstəxanaya müraciət edərkən kişi qəyyumun müşayiəti, geyim qaydalarına riayət və kişi həkim tərəfindən müayinə kimi tələblərlə üzləşir. Bəzi hallarda qadınlara kişi müşayiəti olmadığı üçün təcili yardım xidməti göstərilmir.
Bennetin BMT İnsan Hüquqları Şurasına təqdim etdiyi hesabatda bir qadının tək olduğu üçün xəstəxana qapısında doğuş etdiyi, başqa bir qadının isə övladını xəstəxanaya apara bilmədiyi üçün itirdiyi qeyd olunub.
Ekspert bildirib ki, qadınların tibbi təhsilinə qoyulan qadağa gələcəkdə qadın həkimlərin sayını azaldacaq və bu, səhiyyə sistemini daha da zəiflədəcək.
Əfqanıstanın sabiq səhiyyə naziri Suraya Dalil isə doğuş zamanı ana və uşaq ölümlərinin arta biləcəyi ilə bağlı narahatlığını ifadə edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.