AZ

"Olduqca vacib qələbə qazandıq" -Rəşad Sadıqov

Bu gün Azərbaycan Premyer Liqasında XXII turun oyunları start götürüb.

Fanat.Az xəbər verir ki, günün son matçında isə “Araz-Naxçıvan” və “Zirə” komandaları üz-üzə gəlib. “Liv Bona Dea Arena”da təşkil edilən qarşılaşmada qonaqlar minimal hesablı qələbə qazanıblar.

Oyundan sonra keçirilən mətbuat konfransında qonaqların baş məşqçisi Rəşad Sadıqov fikirlərini jurnalistlərlə bölüşüb:

"Olduqca vacib qələbə qazandıq. Futbolçularıma göstərdikləri əzmkarlığa görə təşəkkür edirəm. Hər iki komanda meydanda yaxşı mübarizə apardı. İki eyni səviyyədə olan komanda qarşılaşırdı. İkisi də avrokuboklara iddialarını davam etdirir. Vacib olan intizamı sona qədər qoruyub-saxlamaq və qələbə qazanmaq idi. Allaha şükürlər olsun ki, qələbə qazandıq. Önümüzdə "Sumqayıt"la vacib kubok oyunu var. Bütün diqqətimizi həmin matça yönəltməliyik. Daha sonra çempionatın 3-cü dövrəsinin hazırlıqlarına başlayacağıq".

Seçilən
9
fanat.az

1Mənbələr